USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Rusiya ABŞ-a Ukrayna üçün yeni şərtlər təklif etdi

13.03.2025 Siyasət
0 0
Rusiya Ukraynada müharibəyə son qoymağı və ABŞ-la münasibətləri bərpa etməyi qarşısına məqsəd qoyan Vaşinqtona yeni tələblər irəli sürüb. Lakin bu şərtlər qəbul olunarsa, Kremlin Kiyevlə sülh danışıqlarına açıq olub-olmadığı bəlli deyil. Rusiyanın əvvəlki tələblərinə Ukraynanın NATO üzvlüyündən çıxması və Krımın Rusiya ərazisi kimi tanınması daxildir.

Rusiya Vaşinqtona bir sıra tələblər irəli sürərək, Ukrayna ilə davam edən müharibəyə son qoymağı və ABŞ-la münasibətləri bərpa etməyi qarşısına məqsəd qoyub.

Mənbələrin Reuters agentliyinə verdiyi məlumata görə, Moskvanın tələblərinin dəqiq mahiyyəti aydın deyil. Bu tələblər qəbul olunarsa, Kremlin Kiyevlə sülh danışıqlarına açıq olub-olmayacağı da bəlli deyil.

Bildirilir ki, son üç həftə ərzində Rusiya və ABŞ rəsmiləri həm şəxsən, həm də onlayn rejimdə bir sıra görüşlər keçiriblər. Mənbələr Rusiyanın tələblərinin geniş olduğunu və əvvəllər Ukrayna, ABŞ və NATO-ya təqdim etdiyi şərtlərə bənzədiyini bildirib.

Moskvanın əvvəlki tələbləri

Rusiyanın əvvəlki şərtləri arasında Ukraynanın NATO üzvlüyündən imtinası, xarici qoşunların Ukrayna ərazisinə yerləşdirilməməsi və beynəlxalq ictimaiyyətin prezident Vladimir Putinin Krımın və daha dörd bölgənin Rusiyaya aid olması iddiasını tanıması olub.

Kreml həmçinin NATO-nun şərqə doğru genişlənməsinin dayandırılmasını və müharibənin “əsas səbəbləri” kimi gördüklərinin aradan qaldırılmasını tələb edib.

Putindən cavab gözlənilir

Digər tərəfdən, ABŞ prezidenti Donald Tramp Ukrayna prezidenti Vladimir Zelenskinin sülh danışıqlarına zəmin yaradacaq addım kimi gördüyü 30 günlük atəşkəs təklifi ilə bağlı Rusiya prezidenti Putindən cavab gözləyir.