USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Tramp Putinin telefon zəngini “gözəl” adlandırıb

19.03.2025 Siyasət
0 0
ABŞ prezidenti Donald Tramp Rusiya prezidenti Vladimir Putinlə Rusiya-Ukrayna müharibəsi ilə bağlı telefon danışığını dəyərləndirib. Putinlə görüşünü "gözəl" adlandıran Tramp, "2500-ə yaxın əsgəri mühasirəyə alıblar. Onları mühasirəyə alıblar və bu yaxşı deyil, biz bu işi bitirmək istəyirik" deyib.

Amerikanın Fox News kanalına danışan Tramp Rusiya prezidenti Vladimir Putinlə Rusiya ilə Ukrayna arasında atəşkəs prosesini müzakirə etdiyi telefon danışığını dəyərləndirib.

"Əla"

Putinlə görüşünü “gözəl” adlandıran Tramp Rusiyanın atəşkəslə bağlı əlverişli mövqedə olduğunu bildirib:

"Onlar 2500-ə yaxın əsgəri mühasirəyə alıblar. Onları mühasirəyə alıblar və bu yaxşı hal deyil və biz bunu başa vurmaq istəyirik".

Putinin razılıq əldə etmək üçün Ukraynaya yardımı dayandırmağı şərt kimi qoyub-qomadığı sualına Tramp bildirib ki, görüş zamanı heç vaxt yardım məsələsinə toxunmayıblar.

Tramp ABŞ əsgərlərinin vəziyyətə müdaxilə etməyəcəyini və bunun yalnız müharibənin üçüncü dünya müharibəsinə çevrildiyi təqdirdə mümkün olacağını qeyd edib.