USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

POLITICO yazdı, AB Ərdoğana xəbərdarlıq etdi: Türkiyə demokratiyadan uzaqlaşır

25.03.2025 Siyasət
0 0
ABŞ-da nəşr olunan Politico nəşri Əkrəm İmamoğlunun həbsindən sonra Avropa İttifaqının Ankaraya sərt mesaj göndərdiyini, Brüsseli isə demokratik dəyərlərə hörmət etməyə çağırdığını yazıb.

ABŞ-da nəşr olunan Politico nəşri yazır ki, Türkiyə hakimiyyəti müxalifətə və azad mediaya qarşı repressiyaları artırdıqdan sonra Avropa Komissiyası Ankaranı "demokratik dəyərləri müdafiə etməyə" çağırıb.

Komissiya sözçüsü Guillaume Mercier, "Bələdiyyə sədri İmamoğlunun və etirazçıların həbsi Türkiyənin uzun müddətdir davam edən demokratik ənənələrinə sadiqliyi ilə bağlı suallar doğurur" deyib.

"Türkiyə demokratik dəyərlərə riayət etməlidir" Mercier, "Avropa Birliyinə namizəd ölkə və Avropa Şurasının üzvü kimi Türkiyə demokratik dəyərlərə riayət etməlidir. Seçilmiş məmurların hüquqları və dinc nümayiş azadlığı tam şəkildə qorunmalıdır" ifadələrindən istifadə edib.

Türkiyə-AB yüksək səviyyəli danışıqları ləğv edilirmi?

Brüssel bəyan edib ki, 2025-ci ilin aprelində planlaşdırılan yüksək səviyyəli Aİ-Türkiyə danışıqlarının ləğvi ilə bağlı "hələlik spekulyasiya etməyəcək". Politico Ərdoğanı Avropanın ən güclü adamları arasında göstərib. Politico, "vasitəçi" kimi təsvir etdiyi prezident Rəcəb Tayyib Ərdoğanı "Avropanın ən güclü 20 adamı" sırasına daxil edib.