USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

ABŞ prezidenti Tramp ilk xaricə səfərini Səudiyyə Ərəbistanına edəcək

01.04.2025 Siyasət
0 0
ABŞ prezidenti Donald Tramp ikinci müddətində ilk xaricə səfərini Səudiyyə Ərəbistanına etməyi planlaşdırdığını təsdiqləyərək, "Gələn ay, bəlkə bir az sonra ola bilər. Yəqin ki, Birləşmiş Ərəb Əmirlikləri və Qətərlə dayanacağıq" deyib.

ABŞ prezidenti Donald Tramp Ağ Evdə əyləncə sənayesində qara bazarda bilet satışının qarşısının alınmasını nəzərdə tutan sərəncam imzaladıqdan sonra gündəmlə bağlı açıqlamalar verib.

İnsanların onun üçüncü müddətə namizəd olmasını istədiklərini təkrarlayan Tramp, "İndi insanlar mənim namizəd olmağımı istəyir. Deyirlər, bunun bir yolu var, amma bu haqda məlumatım yoxdur, araşdırmamışam" deyib. Demokratların ona qarşı keçmiş prezident Barak Obamanın namizədliyini irəli sürməyə çalışıb-çalımayacağı sualına Tramp, "Çox istərdim" cavabını verib və əlavə edib ki, belə bir rəqabət "yaxşı uyğunluq olacaq".

"Bizdən tələb etdiklərinin eynisini tələb edirik" Tezliklə qüvvəyə minəcək ikitərəfli tariflərə də toxunan Tramp, "İki günə görəcəksiniz. Bu, ikitərəflidir. Yəni bizdən nə tələb edirlərsə, biz də onlardan eynisini tələb edirik, amma biz onlardan daha gözəl davranırıq" deyib.