USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Rusiya İstanbulda ABŞ ilə danışıqlara qatılacaq

08.04.2025 Siyasət
0 0
Kremlin sözçüsü Dmitri Peskov aprelin 10-da İstanbulda keçirilməsi planlaşdırılan ABŞ ilə danışıqlarda Rusiya tərəfinin Xarici İşlər Nazirliyi səviyyəsində təmsil olunacağını bildirib.

Rusiya ilə ABŞ arasında Yeni Strateji Silahların Azaldılması Müqaviləsinin (Yeni START) yenidən həyata keçirilmə ehtimalını dəyərləndirən Peskov, ilk növbədə ABŞ ilə ikitərəfli əlaqələrin yaxşılaşdırılması lazım olduğunu ifadə edərək, "Hazırda strateji sabitliyə dair danışıqlar haqqında düşünmək çətindir. Çünki bu cür danışıqlar ikitərəfli münasibətlərin müəyyən səviyyəyə çatması və qarşılıqlı etimadın qurulmasını tələb edir" dedi.

Peskov bildirib ki, ABŞ-la silahlanmaya nəzarət danışıqlarında digər ölkələrin nüvə arsenalları da nəzərə alınmalıdır.

“Yaponiya administrasiyası ilə heç bir əlaqə yoxdur”

Peskov Rusiya və Yaponiya arasında sülh müqaviləsi üzrə danışıqların mümkünlüyünü də dəyərləndirib və Yaponiyanın Rusiyaya qarşı tətbiq edilən sanksiyalarda iştirakına diqqət çəkib.