USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

İran, Rusiya və Çin nüvə sammiti keçirir

09.04.2025 Siyasət
0 0
İran, Rusiya və Çindən olan ekspert heyətləri Rusiyanın paytaxtı Moskvada İranın nüvə proqramı ilə bağlı üçtərəfli sammit keçirib.

Rusiyanın paytaxtı Moskvada İran, Rusiya və Çindən ibarət ekspert heyətləri İranın nüvə proqramı ilə bağlı üçtərəfli sammit keçirib. İran xarici işlər nazirinin müavini Kazım Qəribabadi qapalı görüşün ardınca deyib: Pekində xarici işlər nazirlərinin müavinləri arasında əldə olunmuş razılaşmalara uyğun olaraq, bu gün Moskvada İran, Rusiya və Çin arasında məhsuldar və konstruktiv görüş keçirilib.

Qəribabadi iclasda iştirak edən ekspert nümayəndə heyətlərinin nüvə problemi, sanksiyaların ləğvi və Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının 2231 saylı qətnaməsi ilə bağlı fikir və təkliflərini bölüşdüklərini bəyan edərək, üç ölkənin bu sahədə sıx əməkdaşlığını davam etdirmək əzmində olduqlarını vurğulayıb. Qəribabadi həmçinin bəyan edib ki, İran diplomatiyaya sadiqliyini davam etdirəcək və bütün əlaqədar tərəflərlə danışıqları davam etdirəcək.

ABŞ və İran aprelin 12-də Omanda görüşəcək

ABŞ prezidenti Donald Tramp dünən İranla "birbaşa danışıqlar" aparıldığını və danışıqların şənbə günü də davam etdiriləcəyini açıqlayıb. Daha əvvəl birbaşa danışıqları qəbul etməyəcəyini bildirən İran dolayı danışıqlar üçün vaxt təyin etmişdi. İranın xarici işlər naziri Abbas Arakçi ABŞ ilə danışıqların 12 aprel şənbə günü Omanda aparılacağını təsdiqləyib, lakin görüşün birbaşa deyil, dolayısı ilə keçiriləcəyini bəyan edib.

Digər tərəfdən, Çin, İran və Rusiya martın 14-də Çinin paytaxtı Pekində İranın nüvə proqramı ilə bağlı inkişafları qiymətləndirmək üçün bir araya gəlib.