USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Tramp Çinə rüsumları növbəti dəfə artırıb

10.04.2025 Siyasət
0 0
ABŞ prezidenti Donald Tramp Çinə tətbiq edilən tarifləri 104 faizdən 125 faizə qaldırdığını, qisas almayan 75-dən çox ölkə üçün isə yeni vergiləri 90 gün təxirə saldığını açıqlayıb.

ABŞ prezidenti Donald Tramp “Truth” sosial media hesabında tariflərlə bağlı paylaşım edib.

Çinin dünya bazarlarına “hörmətsizliyi” səbəbindən ABŞ-ın Çinə tətbiq etdiyi tarifləri 125 faizə qaldırdığını deyən Tramp, “Ümid edirəm ki, Çin yaxın gələcəkdə ABŞ və digər ölkələri istismar etmə dövrünün artıq davamlı və qəbuledilməz olmadığını başa düşəcək” ifadələrindən istifadə edib.

Tramp bildirib ki, ticarət, ticarət maneələri, tariflər, valyuta manipulyasiyası və qeyri-monetar tariflər kimi mövzularda həll yolları tapmaq üçün ABŞ Ticarət Nazirliyi, ABŞ Xəzinədarlığı və ABŞ Ticarət Nümayəndəliyi rəsmiləri ilə 75-dən çox ölkə əlaqə saxlayıb.

Bu ölkələrin ABŞ-dan heç bir şəkildə qisas almadığını bildirən Tramp, əlavə tariflərin 90 gün müddətinə dayandırılmasını və bu müddət ərzində 10 faizlik əsas tarif dərəcəsinin tətbiqini təsdiqlədiyini qeyd edib.

ABŞ prezidenti Tramp “qurtuluş günü” olaraq xarakterizə etdiyi 2 apreldə digər ölkələrə tətbiq olunacaq qarşılıqlı tarif dərəcələrini açıqlayıb.