USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

ABŞ İrana məxsus 5 təşkilatı sanksiyalar siyahısına əlavə edib

10.04.2025 Siyasət
0 0
ABŞ rəhbərliyi İranın nüvə proqramlarını dəstəklədiklərini əsas gətirərək, İran mərkəzli 5 təşkilat və 1 şəxsi sanksiya siyahısına əlavə edib.

ABŞ İrana məxsus 5 təşkilatı sanksiyalar siyahısına əlavə edib. ABŞ Maliyyə Nazirliyi açıqlamasında bildirib ki, sanksiyalar sözügedən təşkilat və şəxslərə İranın Atom Enerjisi Təşkilatına (AEOI) bağlı olan İran Sentrifüj Texnologiyaları Şirkəti (TESA) daxil olmaqla, ölkənin nüvə proqramını idarə edən və nəzarət edən qurumları dəstəklədikləri üçün tətbiq edilib.

Açıqlamada deyilir ki, “Thorium Power Company” (TPC), “Pars Reactors Construction and Development Company” (Satra Pars), “Azarab Industries Co. (Azarab) AEOI-yə birbaşa və ya dolayı sahib olduqları üçün sanksiyalar siyahısına daxil edilib.

Açıqlamada İranda yerləşən “Atbin İsta Texniki və Mühəndislik Şirkəti”nin (AIT) TESA-ya dəstək verdiyi və həm şirkətə, həm də onun sədri və baş meneceri Məcid Mosallat-a qarşı sanksiyaların tətbiq ediləcəyi qeyd edilib.

Açıqlamada “Pegah Aluminium Arak Company”nin (Pegah) da TESA üçün alüminium məhsulları istehsal etdiyi üçün siyahıya daxil edildiyi bildirilib.