USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

ABŞ-dan İrana yeni sanksiyalar

10.04.2025 Siyasət
0 0
ABŞ rəhbərliyi İranın nüvə proqramlarını dəstəklədikləri səbəbiylə 5 İran mərkəzli təşkilat və 1 fərdi sanksiya siyahısına əlavə etdiyini açıqlayıb. Sanksiyaların təfərrüatlarını ABŞ Maliyyə Nazirliyinin rəsmiləri açıqlayıb.

ABŞ Maliyyə Nazirliyi İranın nüvə proqramını idarə edən və nəzarət edən qurumlara dəstək verdiyi üçün İranda yerləşən beş təşkilat və bir şəxsə, o cümlədən İranın Atom Enerjisi Təşkilatına bağlı İran Sentrifüj Texnologiyası Şirkətinə qarşı sanksiyalar tətbiq edildiyini açıqlayıb.

Açıqlamada deyilir ki, “Thorium Power Company” (TPC), “Pars Reactors Construction and Development Company” (Satra Pars), “Azarab Industries Co. (Azarab) AEOI-yə birbaşa və ya dolayı sahib olduqları üçün sanksiyalar siyahısına daxil edilib.

Açıqlamada İranda yerləşən “Atbin İsta Texniki və Mühəndislik Şirkəti”nin (AIT) TESA-ya dəstək verdiyi və həm şirkətə, həm də onun sədri və baş meneceri Məcid Mosallat-a qarşı sanksiyaların tətbiq ediləcəyi qeyd edilib. Açıqlamada “Pegah Aluminium Arak Company”nin də TESA üçün alüminium məhsulları istehsal etdiyi üçün siyahıya daxil edildiyi bildirilib.