USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Avstraliya Çinin əməkdaşlıq çağırışını rədd edir

10.04.2025 Siyasət
0 0
ABŞ və Çin arasında ticarət gərginliyi davam edərkən, Avstraliyadan diqqətçəkən bir açıqlama gəldi. Avstraliya hökuməti Çinin ABŞ-ın tariflərinə qarşı “əl-ələ ver” çağırışını rədd edib. Baş nazir Albanese ölkəsinin Çin ilə əhəmiyyətli ticarət tərəfdaşlığına baxmayaraq, öz maraqlarına uyğun müstəqil qərarlar verəcəyini vurğulayıb. Müdafiə naziri Marles isə "Çinin əlindən tutacağımızı düşünmürəm" deyərək əməkdaşlıq ehtimalını açıq şəkildə rədd edib.

Avstraliya Çinin ABŞ-a qarşı birgə hərəkət etmə çağırışını rədd edib. Avstraliyanın baş naziri Entoni Albanese və baş nazirin müavini Riçard Marles Çin səfiri Xiao Qianın əl-ələ vermək təklifini rədd etdiklərini bildiriblər.

“Xarici siyasətdə müstəqil hərəkət edəcəyik”

Avstraliya mərkəzli ABC News-un məlumatına görə, Baş nazir Albanese Çinlə güclü ticarət əlaqələrinin olduğunu vurğulayaraq, "Çin açıq-aydın bizim ən böyük ticarət tərəfdaşımızdır" dedi. Ticarət həcminin yüzdə 80-nin ABŞ xaricindəki ölkələrlə olduğuna diqqət çəkən Albanese, Avstraliyanın xarici siyasətdə müstəqil hərəkət edəcəyini ifadə edib.

Baş nazirin müavini və müdafiə naziri Riçard Marles Çinin əməkdaşlıq təklifini rədd edib və ölkəsinin İndoneziya, Hindistan, Böyük Britaniya və Birləşmiş Ərəb Əmirlikləri kimi ölkələrlə əlaqələrin gücləndirilməsinə diqqət yetirəcəyini bildirib.

Ticarət müharibəsinə qarşı ehtiyatlı mövqe

Marles Çin və ABŞ arasında ticarət müharibəsi görmək istəmədiklərini də bildirib. O, Avstraliyanın bu prosesdə öz maraqlarını ön planda tutaraq balanslaşdırılmış siyasət aparacağını bəyan edib.

Çinin Kanberradakı səfiri Xiao Qian “The Sydney Morning Herald” qəzetində dərc olunan məqaləsində ABŞ-ın “hegemon mövqeyinə” qarşı çıxmağın yolunun əməkdaşlığı artırmaqdan ibarət olduğunu bildirib və Avstraliya ilə birlikdə hərəkət etməyə hazır olduqlarını bildirib.