USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Fransa iyunda Fələstin dövlətini tanımağa hazırlaşır

10.04.2025 Siyasət
0 0
Fransa prezidenti Emmanuel Makron ölkəsinin yaxın bir neçə ay ərzində Fələstin dövlətini rəsmən tanımağı planlaşdırdığını açıqlayıb. Makron bəyan edib ki, tanınma addımı iyun ayında Səudiyyə Ərəbistanı ilə Birləşmiş Millətlər Təşkilatının himayəsi altında keçiriləcək beynəlxalq konfransda atıla bilər.

Fransa prezidenti Emmanuel Makron Misirdən qayıdarkən Fransa mətbuatına müsahibəsində Fələstin məsələsinə toxunub.

Makron Fransanın iyunda Birləşmiş Millətlər Təşkilatında Səudiyyə Ərəbistanı ilə həmsədrlik edəcəyi konfransda Fələstin dövlətini tanıya biləcəyini və bunun da bir çox ölkənin İsraili tanımasına səbəb olacağını bildirib:

"Biz (Fələstin dövlətinin) tanınma yolunu seçməliyik və bunu yaxın aylarda edəcəyik. Məqsədimiz iyun ayında Səudiyyə Ərəbistanı ilə birlikdə bu konfransa sədrlik etmək və müxtəlif ölkələrin qarşılıqlı tanınma hərəkatını yekunlaşdırmaqdır. Mən bunu heç kimə xoş gəlmək üçün etməyəcəyəm. Bunu edəcəm, çünki nə vaxtsa ədalətli olacağını düşünürəm. Mən də Fələstini müdafiə edən hər kəsin İsraili də tanımasına imkan verəcək kollektiv dinamikada iştirak etmək istəyirəm".

Makron və Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman 2024-cü ilin dekabrında verdikləri açıqlamada 2025-ci ilin iyununda Fələstin dövlətinin yaradılması ilə bağlı konfrans keçirəcəklərini açıqlamışdılar.