USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Prezident Ərdoğan: “Avropa Birliyinə üzvlük prosesini irəlilətməyə hazırıq və qərarlıyıq”

11.04.2025 Siyasət
0 0
Türkiyənin Aİ-yə üzvlük prosesini irəlilətməyə hazır və qərarlı olduğunu dilə gətirən prezident Rəcəb Tayyib Ərdoğan Türkiyənin Aİ hədəfindən uzaqlaşdığına dair iddia və tənqidlərin həqiqətə uyğun olmadığını da qeyd edib. Prezident Ərdoğan Türkiyə terrordan qurtulduqdan sonra iqtisadiyyatda çox fərqli bir sürət qazanacağının da vurğuladı.

Prezident Rəcəb Tayyib Ərdoğan 4-cü Antalya Diplomatiya Forumunun Rəsmi Açılış Mərasimində açıqlamalar verib.

Türkiyənin Aİ-yə üzvlük prosesini irəlilətməyə hazır olduğunu bildirən prezident Ərdoğan, Avropa təhlükəsizliyinin Türkiyəsiz təsəvvür edilə bilməyəcəyinin bir daha aydın olduğunu qeyd etdi.

Ərdoğan AB-nin Türkiyənin tam üzvlüyü üçün konkret addımlar atmasını gözlədiklərini də bildirib.

ABŞ ilə 100 milyard dollarlıq ticarət hədəfinə böyük əhəmiyyət verdiklərini ifadə edən Ərdoğan, Trampın ikinci dövründə ABŞ ilə əlaqələrin hər sahədə yaxşılaşacağına inandığını da qeyd edib.