USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Rusiyanın Sumiyə hücumu nəticəsində 32 nəfər həlak olub

14.04.2025 Siyasət
0 0
Rusiya ordusunun Ukraynanın Sumı şəhərinə endirdiyi ballistik raket hücumunda 32 nəfərin öldüyü, 99 nəfərin yaralandığı bildirilib.

Ukrayna Dövlət Fövqəladə Hallar Xidmətinin (DSNS) Telegram hesabından edilən yazılı açıqlamaya görə, Rusiya ordusunun Sumı şəhərinə təşkil etdiyi ballistik raket hücumu nəticəsində 32 nəfər ölüb, 99 nəfər yaralanıb.

Açıqlamada hücum bölgəsində axtarış-xilasetmə işlərinin davam etdiyi və yaralananlar arasında 11 uşağın olduğu qeyd edilib.

Ukrayna prezidenti Vladimir Zelenski də Telegram hesabında verdiyi açıqlamada İsanın Qüdsə daxil olduğu gün kimi qəbul edilən Budaqlar bayramında Rusiyanın Sumiyə hücum etdiyini bildirib.

Şəhərdəki təhsil müəssisələri və yaşayış yerlərinin hədəf alındığını vurğulayan Zelenski digər ölkələri də Rusiyaya reaksiya verməyə çağırıb.