USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Əlcəzair Fransa konsulluğunun 12 əməkdaşından ölkəni tərk etmələrini xahiş edir

14.04.2025 Siyasət
0 0
Fransa Xarici İşlər Nazirliyi, son illərdə qarşılıqlı həbslər səbəbiylə münasibətləri getdikcə gərginləşən Əlcəzairin 12 Fransa konsulluğu əməkdaşının 48 saat ərzində ölkəni tərk etmələrini tələb etdiyini açıqlayıb.

Xarici işlər naziri Jean-Noel Barrot Əlcəzairin 12 Fransa konsulluğu əməkdaşının 48 saat ərzində ölkəni tərk etməsi tələbini "ədalətsiz" adlandırıb.

Barrot Əlcəzairi üç Əlcəzair vətəndaşının Fransada saxlanmasından sonra qərarından dönməyə çağırıb.

Bu qərarın "üç əlcəzairlinin Fransa torpaqlarında ağır cinayətlər törətdikləri səbəbi ilə saxlanılmasına" reaksiya olaraq alındığını qeyd edən Barrot, Əlcəzairlə dialoq əlaqələrini bərpa etməyə çalışdıqları bir vaxtda olduqlarını ifadə edərək, "Əlcəzair səlahiyyətlilərindən (dəvam edən deportasiya prosesi ilə heç bir əlaqəsi olmayan) bu deportasiya tədbirindən əl çəkmələrini xahiş edirəm" söyləyib.

Barrot, Əlcəzairin qərarından geri dönməyəcəyi təqdirdə konsulluq işçilərinin qovulmasına "dərhal" cavab veriləcəyini bildirib.