USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Trampın İranla bağlı açıqlaması: Çox yaxında qərar verəcəyik

14.04.2025 Siyasət
0 0
ABŞ prezidenti Donald Tramp İranla bağlı müxtəlif şəxslərlə danışıqlar apardığını bəyan edərək, “Çox qısa zamanda İranla bağlı qərar verəcəyik” deyib.

ABŞ Prezidenti Donald Tramp Air Force One telekanalında jurnalistlərə açıqlama verib.

Rusiyanın Sumiyə hücumu ilə bağlı suala Tramp “Bunun dəhşətli olduğunu düşündüm” deyib.

Bütün müharibənin "dəhşətli bir şey" olduğunu qeyd edən Tramp, "Mən prezident olsaydım, bu ölkə heç vaxt müharibənin başlamasına icazə verməzdi. Bu müharibə biabırçılıqdır. Bu, mənim müharibəm deyil. Bu, Baydenin müharibəsidir. Mən sadəcə onu dayandırmağa və çox sayda insanın həyatını xilas etməyə çalışıram" dedi.

“Mən prezident olsaydım, Putin müharibəyə başlaya bilməzdi”

Tramp Baydenin yerinə prezident olsaydı, Rusiya-Ukrayna müharibəsinin heç vaxt başlamayacağı iddiasını təkrarladı. “(Rusiya prezidenti Vladimir) Putin müharibəyə başlamazdı” deyən Tramp Putinin Baydenə hörmət etmədiyini və buna görə də müharibəyə başladığını iddia edib.