USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Yaponiya ABŞ-a: Biz güzəştə getməyəcəyik

14.04.2025 Siyasət
0 0
Yaponiya hökuməti ABŞ prezidenti Donald Trampın rüsumlarla bağlı təzyiqinə qarşı qəti mövqe nümayiş etdirərək, danışıqların tez yekunlaşdırılması üçün təzyiqlərə baxmayaraq, heç bir güzəştə getməyəcəyini bildirib.

Kyodo News-un məlumatına görə, Yaponiyanın baş naziri İşiba Şiqeru parlamentin iclasında çıxış edərək məsələ ilə bağlı açıqlamalar verib.

İsiba, Yaponiyanın ABŞ-ın avtomobil, polad və alüminium kimi məhsulların idxalına tarifləri artırmasına cavab olaraq cavab rüsumları tətbiq etməyi planlaşdırmadığını bildirib və ABŞ-dan idxal edilən məhsullara daha yüksək vergi tətbiqinin Yaponiyada inflyasiyanı artıra biləcəyinə diqqət çəkib.