USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Tramp Rusiya-Ukrayna müharibəsində Bayden və Zelenskini günahlandırır

14.04.2025 Siyasət
0 0
ABŞ prezidenti Donald Tramp keçmiş prezident Co Bayden və Ukrayna prezidenti Vladimir Zelenskinin Rusiya-Ukrayna müharibəsinin başlamasına icazə verdiyini iddia edərək, “Biz bu müharibəni indi və çox tez dayandırmalıyıq” deyib.

ABŞ prezidenti Tramp “Truth Social” hesabındakı paylaşımında bir daha Bayden və Zelenskini Rusiya-Ukrayna müharibəsində günahlandırıb:

"Rusiya və Ukrayna arasındakı müharibə mənim müharibəm deyil, Baydenin müharibəsidir. Mən yenicə gəldim. (Rusiya) Prezident (Vladimir) Putin və başqaları sizin prezidentinizə hörmət edirdilər. Əgər 2020-ci il prezident seçkiləri bir çox cəhətdən saxta olmasaydı, bu dəhşətli müharibə heç vaxt baş verməzdi".

Bu müharibə ilə heç bir əlaqəsinin olmadığını qeyd edən Tramp belə davam edib:

"Prezident Zelenski və fırıldaqçı Co Bayden bu rüsvayçılığın başlamasına icazə verməklə tamamilə dəhşətli iş gördülər. Bu müharibənin başlamasının qarşısını almağın bir çox yolu var idi. Amma bu, keçmişdə qaldı. Biz bu müharibəni indi və çox tez dayandırmalıyıq".