ABŞ Maliyyə Naziri Scott Bessent, Çinə tətbiq edilən tariflərin davamlı olmadığını və danışıqlarda sürətlə irəlilədiklərini ifadə edərək, "Bir nöqtədə böyük bir razılaşma əldə edilə bilər" dedi.
ABŞ Maliyyə Naziri Scott Bessent Bloomberg-ə müsahibəsində ABŞ-ın bir çox əsas ticarət tərəfdaşları ilə danışıqlarda sürətlə irəlilədiyini vurğuladı.
Bessent ABŞ müttəfiqlərinə danışıqlarda sürətli olmaları lazım olduğuna işarə edərək, ilk hərəkət edənin adətən ən yaxşı sövdələşməni əldə edə biləcəyini qeyd etdi.
Bessent bildirib ki, əlavə tariflərin dayandırıldığı 90 günlük müddət ərzində bir çox ölkələrlə prinsipial razılaşmalar əldə oluna bilər.
Çinə gömrük rüsumlarının tətbiq edildiyini xatırladan Bessent, ölkələrin bazarlarını dolduran Çin mallarına qarşı müəyyən qorunma istəyə biləcəyini ifadə etdi.
"Hansısa bir nöqtədə böyük bir razılaşma əldə edilə bilər"
Çinlə danışıqların hər hansı səviyyədə olub-olmaması ilə bağlı suala cavab olaraq Bessent, bunun yuxarıdan gəlməli olduğunu və ABŞ prezidenti Donald Tramp və Çin prezidenti Xi Jinping arasında yaxşı münasibətlərin olduğunu bildirib.