USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Ağ Ev: Çin bizimlə müqavilə bağlamalıdır

16.04.2025 Siyasət
0 0
Ağ Ev sözçüsü Karoline Leavitt, prezident Donald Trampın Çinlə gömrük və ticarət razılaşmasına açıq olduğunu qeyd edərək, "Top indi Çinin meydanındadır. Çin bizimlə razılaşmalıdır, biz onlarla razılaşmaq məcburiyyətində deyilik" deyib.

Ağ Evin sözçüsü Leavitt mətbuat brifinqində ABŞ və Çin arasındakı tarif gərginliyi ilə bağlı yeni açıqlamalar verib.

"Top indi Çinin meydançasındadır. Çin bizimlə müqavilə bağlamalıdır, biz onlarla razılaşmaq məcburiyyətində deyilik", - qiymətləndirməsini edib.

Çinin daha böyük olmasından başqa digər ölkələrdən heç bir fərqi olmadığını müdafiə edən Leavitt, "Çin bizdə olanı, Amerikalı istehlakçını istəyir; başqa sözlə, onların bizim pulumuza ehtiyacı var. Prezident Tramp Çinlə razılaşmaya açıq olduğunu, lakin Çinin ABŞ ilə anlaşması lazım olduğunu bildirib" deyib.

ABŞ-dan qisas almayan bir çox ölkə ilə gömrük və ticarət razılaşmaları ilə bağlı danışıqların davam etdiyini bildirən sözçü, "Bəzi ölkələrlə gömrük tarifi razılaşmalarımızı tezliklə açıqlayacağıq" ifadəsini işlədib.

Administrasiyanın bəzi avtomobil hissələrinin ixracına vergi güzəştləri təklif edə biləcəyinə dair xəbərlər barədə suala cavab verən Leavitt, Trump-ın bu gömrük danışıqlarında çevik olduğunu və ədalətli olduğu müddətcə istənilən ölkə ilə müqavilə bağlaya biləcəklərini söylədi.