USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Kanadanın ABŞ tariflərinə qarşı yeni dəstək paketi

16.04.2025 Siyasət
0 0
Kanada vergidən azadolmalar, istehsalla bağlı idxal imtiyazları və maliyyə dəstəyi də daxil olmaqla, ABŞ tariflərindən təsirlənən biznesləri dəstəkləmək üçün yeni tədbirlər elan etdi.

Kanada Xəzinədarlıq Departamentindən verilən açıqlamada bildirildi ki, avtomobil istehsalçılarına ölkədə istehsalı davam etdirmək müqabilində ABŞ-da yığılmış və Kanadanın tətbiq etdiyi cavab tariflərindən azad olaraq ABŞ-Meksika-Kanada müqaviləsinin şərtlərinə uyğun gələn avtomobilləri idxal etmək hüququ veriləcək.

Açıqlamada qeyd olunub ki, şirkətin Kanadada istehsalında və ya investisiyalarında azalma olarsa, tarifsiz idxal edə biləcəyi nəqliyyat vasitələrinin sayı azalacaq.

Açıqlamada ABŞ-dan idxal edilən bəzi məhsullara 6 aylıq müvəqqəti vergi azadlığının tətbiq edilməsinin planlaşdırıldığı və bu məhsulların Kanadada istehsal, emal, qida və içki qablaşdırma proseslərində istifadə edilən girdilər ilə yanaşı, sağlamlıq, ictimai təhlükəsizlik və milli təhlükəsizlik kimi sahələrdə istifadə olunan məhsulların da olduğu bildirilib.

Açıqlamada deyilir ki, bu, bizneslərə tədarük zəncirlərini yenidən qurmaq və daxili resurslara müraciət etmək üçün vaxt verəcək.

Açıqlamada ABŞ ilə tarif mübahisələri nəticəsində çətinlik çəkən iri müəssisələrə maliyyə dəstəyi göstərmək məqsədilə yaradılan kredit proqramına müraciətlərin qəbuluna başlanıldığı, ənənəvi maliyyələşməyə çıxışda çətinlik çəkən iri müəssisələrə maliyyə dəstəyinin veriləcəyi bildirilib.