USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Fransa prezidenti Makron: Qəzzada dinc əhalinin iztirablarına son qoyulmalıdır

16.04.2025 Siyasət
0 0
Fransa prezidenti Emmanuel Makron İsrailin baş naziri Benyamin Netanyahuya telefonla "Qəzzada dinc əhalinin iztirablarına son qoyulmalıdır" deyib.

Makron X hesabında verdiyi açıqlamada Netanyahu ilə telefonla danışdığını bildirib.

Netanyahuya İsrailin və israillilərin təhlükəsizliyini dəstəklədiyini söyləyən Makron, “Həmasın tərksilah edilməsi bütün girovların azad edilməsi kimi əsas prioritetdir” fikrini bölüşüb.

Məhbusların azad edilməsi üçün atəşkəsin yeganə variant olduğunun bildirildiyini deyən Makron, Qəzza zolağına humanitar yardım üçün bütün keçid məntəqələrinin açılmasının Qəzzalı vətəndaşlar üçün həyati əhəmiyyət daşıdığına diqqət çəkib.

Makron vurğulayıb ki, bölgədə təcili olaraq sülh lazımdır.