USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

ABŞ xarici dezinformasiya bölməsini bağlayır

17.04.2025 Siyasət
0 0
ABŞ Dövlət Departamenti Xarici İnformasiya Manipulyasiyası və Müdaxilə ilə Mübarizə İdarəsinin bağlandığını elan edib.

Bəyanatda ABŞ ictimaiyyətinə dezinformasiya ilə mübarizə aparan ofisin xərclərinin hər il təqribən 50 milyon dolları ötdüyü və bu bölmənin artıq fəaliyyət göstərməyəcəyi qeyd edilib.

ABŞ Dövlət Departamenti xarici dezinformasiyaya qarşı mübarizə bölməsini bağlayır
Bəyanatda sözügedən bölmənin "ABŞ vətəndaşlarını senzura etmək üçün" istifadə edildiyi də iddia edilib.

Digər tərəfdən, bəzi demokratlar və respublikaçılar hesab edir ki, bölmə “Rusiya və Çin dezinformasiyası” ilə mübarizədə çox mühüm rol oynayır.

GEC-in səlahiyyət müddəti 2024-cü ilin dekabrında Senat tərəfindən uzadılmadı, lakin yeni adı ilə yenidən təşkil edildi.