ABŞ prezidenti Donald Tramp, Avropa Birliyi ilə 100% ticarət razılaşması ediləcəyini, Çinlə çox yaxşı bir razılaşma əldə edəcəklərini düşündüyünü bildirib.
İtaliyanın baş naziri Giorgia Meloni-ni Ağ Evdə qəbul edən ABŞ prezidenti Donald Tramp görüşdən əvvəl mətbuat mənsublarına gündəmlə bağlı qiymətləndirmələr edib:
"Onlar razılaşmanı çox istəyirlər və biz də ticarət müqaviləsi bağlayacağıq. Mən bunu gözləyirəm, lakin bu, əlbəttə ki, ədalətli ticarət razılaşması olacaq".
Başqa ölkələrlə çoxlu görüşlər keçirdiklərini deyən Tramp ədalətli razılaşmalar edəcəklərini və tələsmədiklərini bildirib.