Ukrayna prezidenti Vladimir Zelenski ABŞ-la nadir torpaq elementlərini əhatə edən qiymətli metallar sazişi üzrə anlaşma memorandumunun bu gün onlayn imzalana biləcəyini açıqlayıb.
ABŞ prezidenti Donald Trampın hərbi yardım müqabilində Ukraynadan almaq istədiyi nadir torpaq elementləri ilə bağlı qiymətli metallar sazişi üzərində işlər davam edir.
Ukrayna prezidenti Vladimir Zelenski iki ölkə arasında müzakirə edilən qiymətli metallar sazişi ilə bağlı anlaşma memorandumunun bu gün onlayn şəkildə imzalana biləcəyini açıqlayıb və Ukrayna parlamentində təsdiq tələb edən hərtərəfli sazişdən əvvəl anlaşma memorandumunun imzalanması təklifinin ABŞ-dan gəldiyini qeyd edib.
Digər tərəfdən, Ukraynanın İqtisadiyyat naziri və baş nazirin müavini Yuliya Svırıdenko bu gün səhər saatlarında Ukrayna və ABŞ-ın qiymətli metallar sazişi ilə bağlı danışıqlarda "əhəmiyyətli irəliləyiş" əldə etdiklərini və yaxın gələcəkdə müqavilə imzalayacaqlarını bildirmişdi.