USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Rusiya prezidenti Putin İranın xarici işlər naziri Erakçini qəbul edib

18.04.2025 Siyasət
0 0
Rusiya prezidenti Vladimir Putin İranın xarici işlər naziri Abbas Erakçi ilə görüşüb.

Kremldən verilən məlumata görə, Putin rəsmi görüşlər üçün Moskvaya gələn İran naziri Erakçini Kreml Sarayında qəbul edib.

Qəbulda Rusiyanın xarici işlər naziri Sergey Lavrov, Kremlin xarici siyasət məsələləri üzrə müşaviri Yuri Uşakov və İranın Moskvadakı səfiri Kazım Cəlali də iştirak ediblər.

Erakçi sabah rusiyalı həmkarı Lavrovla görüşəcək, daha sonra birgə mətbuat konfransına qatılacaq.