Pekin Vaşinqtonu ABŞ-ın tariflərdən azad edilməsi müqabilində Çinlə ticarəti məhdudlaşdırmaq üçün "qarşılıqlı tariflər" çərçivəsində tarifləri artırdığı ölkələrə təzyiq etdiyinə dair iddialara görə tənqid edib.
Çin Ticarət Nazirliyi açıqlamasında ABŞ-ın "qarşılıqlılıq" adı altında ticarət tərəfdaşlarına tariflər tətbiq etdiyini və ölkələri danışıqlara məcbur etdiyini və bunun iqtisadiyyat və ticarətdə birtərəfli zorakılığa əsaslanan hegemonluq siyasəti olduğunu bildirib.
Bəyanatda bu tələblərlə güzəştə getməyin həll yolu olmadığına və güzəştlərə hörmət edilməyəcəyinə diqqət çəkilərək, əlavə edilib: “Öz eqoist maraqları üçün başqalarının mənafeyini qurban verərək sözdə istisnalar əldə etməyə çalışmaq, pələnglə dərisi üçün bazarlıq etmək kimidir ki, bu da hər iki tərəf üçün uğursuzluqla nəticələnəcək. Çin öz maraqları bahasına müqavilə bağlayan hər hansı bir tərəfin qətiyyən əleyhinədir. Bu baş verərsə, Çin bunu əsla qəbul etməyəcək və qətiyyətli əks tədbirlər görərək hüquq və mənafelərini qoruyacaq".
Bəyanatda Çinin bütün tərəflərlə birlik və koordinasiyanı gücləndirəcəyi, təktərəfli zorakılığa cavab vermək və müqavimət göstərmək, beynəlxalq bərabərlik və ədaləti qorumaq üçün birlikdə çalışacağı vurğulanıb.