ABŞ prezidenti Donald Tramp tərəfləri Rusiya ilə Ukrayna arasında müvəqqəti atəşkəsin mövcud olduğu Pasxa dövründə razılığa gəlməyə çağırıb. Truth Social platformasında açıqlamalar verən Tramp bildirib ki, sülh əldə olunarsa, iki ölkə ABŞ-la “böyük ticarət” edə bilər.
ABŞ prezidenti Donald Tramp Rusiya və Ukrayna bu həftə razılığa gəlsələr, onlara “böyük ticarət” vəd edib.
Tramp “Truth Social” platformasında Pasxa bayramı üçün müvəqqəti atəşkəs tətbiq edən Rusiya və Ukrayna arasında razılaşmanı təşviq edən bir yazı paylaşıb:
"Ümid edirəm ki, Rusiya və Ukrayna bu həftə razılığa gələcəklər. Bundan sonra hər ikisi ABŞ-la böyük biznesə başlayacaq və sərvət qazanacaqlar".
Rusiya prezidenti Vladimir Putin və Ukrayna prezidenti Vladimir Zelenskiyə döyüşmək və ya gəlirli ticarətlə məşğul olmaq arasında seçim verərək, aprelin 18-də Tramp deyib ki, “tərəflərdən biri işləri çətinləşdirərsə” atəşkəs danışıqlarından imtina edə bilər.
Rusiya prezidenti Putin Ukraynada Pasxa bayramı ilə əlaqədar dünən saat 18:00-dan 21 aprel 00:00-a qədər atəşkəs elan etmək qərarına gəldiklərini açıqlayıb və Zelenski bu gün verdiyi açıqlamada Rusiyanı bir neçə dəfə atəşkəsi pozmaqda ittiham edib.