USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Putin: Biz həmişə atəşkəsə müsbət yanaşırıq

21.04.2025 Siyasət
0 0
Rusiya prezidenti Vladimir Putin Ukrayna ilə Pasxa atəşkəsinin sona çatdığını bəyan edərək, "Atəşkəsə həmişə müsbət yanaşırıq, ona görə də belə bir təşəbbüslə çıxış etdik" dedi.

Rusiya prezidenti Vladimir Putinin Pasxa bayramı münasibətilə elan etdiyi Rusiya ilə Ukrayna arasında atəşkəs başa çatıb. Putin Rusiyanın hər cür sülh təşəbbüslərinə açıq olduğunu və Ukraynadan da oxşar münasibət gözlədiyini bildirib:

"Biz atəşkəsə həmişə müsbət yanaşırıq, ona görə də belə bir təşəbbüslə çıxış etdik. Biz həmişə demişik ki, istənilən sülh təşəbbüsünə müsbət yanaşırıq. Ümid edirik ki, Kiyev rejiminin nümayəndələri də belə düşünəcəklər".