USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Ağ Ev AB-nin Apple və Meta-ya tətbiq etdiyi cərimələrə reaksiya verdi: İqtisadi qəsb

24.04.2025 Siyasət
0 0
Avropa İttifaqı (Aİ) Komissiyası ittifaqın rəqəmsal qaydalarına əməl etmədiyi üçün Apple-ı 500 milyon avro, Meta-nı isə 200 milyon avro cərimələyib. Ağ Ev bu qərara reaksiya göstərərək, cəzaların ABŞ-ın dözməyəcəyi “iqtisadi qəsbkarlığın yeni forması” olduğunu bildirib.

Aİ Komissiyası texnologiya nəhəngləri Apple və Meta şirkətlərini Rəqəmsal Bazarlar Aktı (DMA) üzrə öhdəliklərini pozduqlarına görə 700 milyon avro məbləğində cərimələr tətbiq edib. Ağ Ev bu AB qanunvericiliyini ayrı-seçkilik kimi qiymətləndirib:

“Amerika şirkətlərini xüsusi olaraq hədəfləyən və onları sarsıdan, innovasiyaları boğan və senzuraya imkan verən kənar qaydalar ticarətə maneələr və azad vətəndaş cəmiyyətinə birbaşa təhlükə hesab olunacaq”.

Nə baş vermişdi?

Ötən il AB-də qüvvəyə minən Rəqəmsal Xidmətlər Aktı ilə texnologiya şirkətlərinin AB bazarındakı qaydaları sərtləşdirilib. AB keçən il Apple və Meta-nın Rəqəmsal Bazarlar Aktı altındakı qaydalara uyğun olub-olmaması ilə bağlı araşdırmaya başladı.

Bu qərarla AB Komissiyası ilk dəfə Rəqəmsal Bazarlar Aktı ilə bağlı qaydalara əməl edilməməsinə görə cərimə kəsib.