USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

ABŞ prezidenti Tramp: İranla bağlı çox yaxşı iş görürük

25.04.2025 Siyasət
0 0
ABŞ prezidenti Donald Tramp İranla danışıqlara işarə edərək, “İranla bağlı çox yaxşı iş görürük” deyib.

ABŞ prezidenti Tramp Oval kabinetdə Norveçin baş naziri Jonas Gahr Store ilə görüşündə İranla davam edən danışıqları dəyərləndirib:

"Düşünürəm ki, biz İranla bağlı çox yaxşı iş görürük, çox ciddi müzakirələr aparırıq. Düşünürəm ki, İranla razılaşmada çox yaxşı iş görürük. Bu variantlardan biri yaxşı variant deyil, bu heç də yaxşı variant deyil".

“İbrahim razılaşmalarına yeni ölkələr əlavə olunacaq”

Tramp həmçinin bir çox yeni ölkənin İsrail ilə region ölkələri arasında imzalanan İbrahim razılaşmalarına qoşulmağa hazır olduğunu və yaxın gələcəkdə müqaviləyə yeni ölkələrin əlavə ediləcəyini bildirib. ABŞ prezidenti Trampın İrana nüvə razılaşmasına nail olmaq üçün 2 ay vaxt verdiyi iddia edilib.

Aprelin 12-də səkkiz illik fasilədən sonra ABŞ və İran arasında nüvə razılaşmasına nail olmaq üçün danışıqların ilk raundu Omanda keçirilib. Aprelin 19-da İtaliyanın paytaxtı Romada dolayı danışıqların ikinci raundu keçirilib.