USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Zelenski və Starmer Romada görüşür

27.04.2025 Siyasət
0 0
Böyük Britaniyanın baş naziri Key Starmer və Ukrayna prezidenti Vladimir Zelenski Ukraynada sülh üçün səylərin artırılmasını müzakirə ediblər.

Böyük Britaniya Baş Nazirinin 10 nömrəli ofisindən verilən açıqlamaya görə, Zelenski və Starmer Romada katoliklərin ruhani lideri və Vatikanın prezidenti Papa Fransiskin dəfn mərasimi zamanı görüş keçiriblər.

İkili Ukraynada ədalətli və davamlı sülh üçün atılan addımları müzakirə edib və əldə olunan sürətin artırılmasını müzakirə ediblər.

Starmer və Zelenski yenidən görüşmək və digər tərəfdaşlarla növbəti addımları planlaşdırmaq barədə razılığa gəliblər.

Zelenski, Starmer ilə görüşü ilə bağlı Telegram hesabında da qeyd-şərtsiz atəşkəs və təhlükəsizlik təminatlarını müzakirə etdiklərini və bunları vurğulayıb:

"Havada, dənizdə və quruda qeyd-şərtsiz atəşkəs əldə edilməli və etibarlı təhlükəsizlik təminatları ilə ədalətli sülhün bərqərar olması istiqamətində ilk addım olmalıdır. Yalnız güclü təminatlar davamlı sülhü təmin edə və insan həyatını qoruya bilər".