USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Putin Ukraynada 3 günlük atəşkəs elan edib

28.04.2025 Siyasət
0 0
Rusiya prezidenti Vladimir Putin 8-11 may tarixləri arasında müvəqqəti atəşkəs elan edib. Kreml Ukraynanı 72 saatlıq atəşkəsə qoşulmağa çağırıb.

ABŞ prezidenti Donald Trampın Rusiya ilə Ukrayna arasında sülh danışıqlarını dəstəkləyən təşəbbüsləri davam edərkən, Kremldən mühüm açıqlama gəlib.

Rusiya prezidenti Vladimir Putinin 8-11 may tarixləri arasında müvəqqəti atəşkəs elan etdiyi açıqlanıb.

Kremldən verilən məlumata görə, Rusiya prezidenti Vladimir Putin Sovet İttifaqı və onun müttəfiqlərinin İkinci Dünya Müharibəsində qələbəsinin 80 illiyi münasibətilə mayın 8-i saat 00:00-dan mayın 11-i saat 00:00-dək Ukraynada hərbi əməliyyatları dayandırıb.