ABŞ prezidenti Donald Tramp 2025-ci il yanvarın 20-də Ağ Evdə ikinci müddətə başlayıb.Trampın ikinci dəfə hakimiyyətə gəlməsi ilə Türkiyə-ABŞ münasibətlərində yeni dövr başlayıb.
ABŞ prezidenti Donald Tramp 2025-ci il yanvarın 20-də Ağ Evdə ikinci səlahiyyət müddətinə başlayıb.Trampın son yüz gündə atdığı addımlar dünyanı silkələyib. Trampın ikinci dəfə hakimiyyətə gəlməsi ilə Türkiyə-ABŞ münasibətlərində yeni dövr başlayıb.
Trampın sələfi Co Baydenin səlahiyyət müddətinin məhdud təmasları və təlatümlü gündəmi öz yerini liderdən liderə görüşlərə və müsbət dialoqa verdi.
Ekspertlər ABŞ prezidentinin Ağ Evdə keçirdiyi üç aydan çox müddət ərzində BBC Türkcə üçün Ankara-Vaşinqton xəttində baş verənləri qiymətləndiriblər.
“ABŞ praqmatik davranır”
Mütəxəssislər martın 19-da İBB-yə qarşı həyata keçirilən əməliyyatlarda Əkrəm İmamoğlu və İBB rəsmilərinin həbsinə ABŞ-ın reaksiyasının əhəmiyyətinə diqqət çəkir.