Avropa Ədalət Məhkəməsi Maltanın sərmayə müqabilində vətəndaşlıq verən “qızıl pasport” sistemini qanunsuz hesab edərək, ləğv edilməsinə qərar verib. Məhkəmə vurğuladı ki, vətəndaşlıq statusu kommersiyalaşdırıla bilməz və ödəniş vətəndaşlıq əldə etmək üçün etibarlı meyar ola bilməz.
Avropa İttifaqı (Aİ) Ədalət Məhkəməsi Maltanın "investisiya yolu ilə vətəndaşlıq" kimi tanınan "qızıl pasport" sxemini davam etdirə bilməyəcəyinə qərar verib. Aİ-nin ən yüksək məhkəmə orqanı olan məhkəmə, 29 sentyabr 2022-ci ildə Avropa Komissiyasının qaldırdığı işin bir hissəsi olaraq Maltanın bu təcrübəyə son qoyması barədə qərar çıxardı.
“Əsas status anlayışı ilə uyğun gəlmir”
Məhkəmə əsaslandırılmış qərarında vurğulamışdır ki, “Üzv dövlətin vətəndaşı statusunun kommersiyalaşdırılması və buna görə də Birlik vətəndaşlığının verilməsi Aİ Müqavilələrindən irəli gələn əsas status anlayışı ilə bir araya sığmır”. Həmçinin qeyd olunub ki, ödəniş vətəndaşlıq üçün etibarlı meyar ola bilməz.
Bu qərarla pul müqabilində Avropa Birliyi vətəndaşlığını almağın yolu qanuni olaraq bağlandı.
Avropa Komissiyası 20 Oktyabr 2020-ci ildə Maltaya qarşı hüquq pozuntusu prosesi başlatdı və bildirdi ki, Malta Rusiyanın Ukraynaya qarşı müharibəsindən sonra Rusiya və Belarus vətəndaşları üçün bu praktikanı dayandırıb, lakin digər ölkələrin vətəndaşları üçün bunu davam etdirir.