“Azərbaycan Sənaye Bankı”nın 2018-ci ilin 4-cü rübünə olan hesabatına əsasən, bankın cəmi aktivləri, cəmi öhdəlikləri, mənfəəti azalıb. Bankın məcmu kapitalında isə kəskin azalma müşahidə olunub.
“Kommersant.az” xəbər verir ki, “ASB Bank”ın 2018-ci il 4-cü rübünə olan cəmi aktivləri ötən ilin müvafiq dövrü ilə müqayisədə 122 mln. 878 min manat azalaraq 822 mln. 311 min manat olub. Bundan başqa bankın cəmi öhdəliklərində də azalma müşahidə olunub. Belə ki, bankın cəmi öhdəlikləri 11 mln. 548 min manat azalaraq 730 mln. 282 min manat olub.
CƏMİ KAPİTALI CUZİ ARTIB
Cəmi aktivləri və öhdəlikləri azalan “ASB Bank”ın cəmi kapitalı 2018-ci ilin 4-cü rübündə 1 mln. 671 min manatlıq artım açıqlayıb. Ötən ilin müvafiq dövrü ilə müqayisədə 2 mln. manata yaxın artım göstərən bankın cəmi kapitalı 92 mln. 29 min manat olub.
BANKIN MƏNFƏƏTİ AZALIB
“ASB Bank”ın 2018-ci ilin 4-cü rübündə açıqladığı mənfəət ötən ilin müvafiq dövrü ilə müqayisədə 412 min manat azalıb. Belə ki, bankın hazırki mənfəəti 3 mln. 945 min manat olub.
MƏCMU KAPİTALDA KƏSKİN AZALMA
Bankın məcmu kapitalı ötn ilin müvafiq dövrü ilə müqayisədə 10 mln. 775 min manat azalıb. Belə ki, bank 2018-ci ilin 4-cü rübündə 67 mln. 405 min manatlıq məcmu kapitala sahib olub.
KREDİT PORTFELİ ARTIB
Bankın kredit portfelində 12 mln. 880 min manatlıq artım müşahidə olub. Bu artım bankın kredit portfelini 4-cü rübdə 298 mln. 857 min manata çatdırıb.