USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

"AFB Bank"ın depozitləri kəskin azalıb

24.01.2019 Problemli Banklar
0 0
"AFB Bank" 2018 -ci ilin 4-cü rübünə olan hesabatını açıqlayıb. Hesabata görə, bank ötən ili 21 mln. 653 min manatlıq mənfəət əldə edib.

"Kommersant.az" bankın açıqladığı hesabata əsasən xəbər verir ki, bankın cəmi aktivləri 2017-ci ilin 4-cü rübü ilə müqayisədə 77 mln. 89 min manat azalaraq 417 mln. 530 min manat olub. Bundan başqa bankın cəmi öhdəlikləri də 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə 98 mln. 131 min manat azalaraq 329 mln. 942 min amant olub.

"AFB Bank" ın cəmi kapitalı 2017-ci ilin 4-cü rübü ilə müqayisədə 21 mln. 42 min manat artaraq 87 mln. 588 min manat olub.

KREDİT VƏ DEPOZİT PORTFELİ AZALIB

Bankın açıqladığı hesabata görə, bankın müştərilərə verdiyi kredit 2017-ci ilin 4-cü rübü ilə müqayisədə 23 mln. 747 min manat azalaraq 164 mln. 305 min manat olub. Bundan başqa bankın depozitləri (banklar və digər maliyyə institutları istisna olmaqla) 85 mln. 902 min manat azalaraq 201 mln. 911 min manat olub. Yəni, bankın müştəriləri pullarını bankdan geri çəkirlər.

QEYRİ-FAİZ GƏLİRLƏRİ AZALIB

Bankın xalis faiz gəlirləri 2017-ci ilin analoji dövrü ilə müqayisədə 9 mln. 459 min manat artaraq 31 mln. 180 min manat olub. Bundan başqa bankın qeyri-faiz gəlirləri 200 min manat azalaraq 11 mln. 322 min manat, qeyri-faiz xərcləri isə 7 mln. 722 min manat artaraq 23 mln. 145 min manat olub.

BANKIN MƏCMU KAPİTALI

"Rabitə Bank" 2017-ci lin 4-cü rübünə olan kapitalın adekvatlığını gizlədərək məcmu kapitalın müqayisə edilməsini önləməyə çalışır. Buna görə də, bankın məcmu kapitalını 2018-ci ilin 1-ci rübü ilə müqayisə etdik. Müqayisədə məlum oldu ki, bankın tutumlardan sonra məcmu kapitalı 4 rüb ərzində 14 mln. 251 min manat artaraq 84 mln. 937 min manat olub. Məcmu kapitalın adekvatlıq əmsalı isə 54,5% təşkil edib ki, bu da normadan 44,5% çoxdur.

Xatırladaq ki, bank 2017-ci ili 12 mln. 186 min manatlıq zərərlə başa vurmuşdu.

  • Əvvəlki

    Sabah Bakıda duman olacaq

Digər xəbərlər

19.07.2024 Problemli Banklar
"Yapı Kredi Bank" müştərilərini itirib
0 0
18.07.2024 Problemli Banklar
"Bank VTB"nin bitməyən - ZƏRƏRİ
0 0
18.07.2024 Problemli Banklar
"Rabitə Bank"ın müştəriləri banka üz çevirib
0 0
17.07.2024 Problemli Banklar
"Kapital Bank"ın mənfəəti - AZALIB
0 0
16.07.2024 Problemli Banklar
"Rabitə Bank"ın aktivləri - AZALIB
0 0