“Bank Avrasiya” 2020-ci ilin 4-cü rübünə olan hesabatını açıqlayıb.
“Kommersant.az” bankın açıqladığı hesabata istinadən xəbər verir ki, bankın cəmi aktivləri 2019-cu ilin son rübü ilə müqayisədə10 milyon 738 min manat və ya 6.3% azalaraq 159 milyon 703 min manata enib.
“Bank Avrasiya”nın cəmi kapitalı 1 il ərzində 1 milyon 431 min manat və ya 2% artaraq 71 milyon 147 min manata çatıb.
Bankın müştərilərinə verdiyi xalis kreditlərin həcmi 715 min manat çoxalıb ki, bu da bankın xalis kreditlərini 97 milyon 989 min manata çatdırıb.
“Bank Avrasiya”nın cəmi öhdəlikləri 12 milyon 168 min manat azalraq 88 milyon 556 min manata enib. Bunun əsas səbəbi bankın depozit portfelinin 9 milyon 793 min manat əv ya 18.2% azalaraq 44 milyon 28 min manata bərabər olub. Depozitlərin azalmasında 3 milyon 409 min manat və ya 8.7% fiziki şəxslərin, 6 milyon 385 min manat və ya 43% isəhüquqi şəxslərin payına düşüb.
Bankın faiz gəliri 10 milyon 957 min manat, faiz xərcləri isə 1 milyon 945 min manat olduğuna görə “Bank Avrasiya”nın xalis faiz gəliri 342 min manat artaraq 9 milyon 11 min manata bərabər olub. Qeyri-faiz gəliri 1 milyon 513 min manat, qeyri-faiz xərcləri isə 4 milyon 977 min manat olan bankın əməliyyat mənfəəti 267 min manat və ya 5% artaraq 5 milyon 547 min manata yüksəlib.
“Bank Avrasiya”nın xalis mənfəəti 4 milyon 130 min manat və ya 77.1% azalaraq 1 milyon 226 min manatadək əriyib. Buna görə də bankın mənfəət vergisi 1 milyon 25 min manat azalaraq 331 min manata düşüb.
Bankın məcmu kapitalı 2020-ci ilin son rübündə 1 milyon 204 min manat çoxalaraq 70 milyon 225 min manata bərabər olub.