“Express Bank” 2020-ci ilin son rübünə olan hesbatını açıqlayıb.
“Kommersant.az” bankın açıqladığı hesabata istinadən xəbər verir ki, “Express Bank”ın cəmi aktivləri 2019-cu ilin son rübü ilə müqayisədə 25 milyon 190 min manat azalaraq 313 milyon 448 min manata düşüb. Azalmanın əsas səbəbi bankın müştərilərinə verdiyi xalis kreditlərin 16 milyon 716 min manat azlaaraq 194 milyon 422 min manata düşməsidir. Müştərilərə verilən kreditlərin bölgüsündə istehlak kreditləri 23 milyon 436 min manat azalıb, biznes kreditləri 6 milyon 991 min manat, daşınmaz əmlak kreditləri isə 2 milyon 405 min manat artıb.
Bankın depozit portfeli 55 milyon 564 min manat azalaraq 118 miyon 656 min manata düşüb. Bu azalma bankın cəmi öhdəliklərinə ciddi təsir göstərib. Belə ki, bankın cəmi öhdəlikləri 1 il ərzində 31 milyon 910 min manat və ya 14.2% azalaraq 192 milyon 340 min manata enib. Depozit bölgüsündə fiziki şəxslərin əmanətləri 49 milyon 165 min manat, hüquqi şəxslərin əmanətləri isə 6 milyon 399 min manat azalaraq 25 miylon 133 min manata düşüb.
“Express Bank”ın cəmi kapitalı 1 il ərzində6 milyon 670 min manat artaraq 121 milyon 58 min manata çatıb.
Bankın faiz gəlirləri 139 milyon 192 min manat, faiz xərcləri isə 7 milyon 478 min manat olub. Buna görə də bankın xalis faiz gəliri 31 milyon 714 min manata çatıb. Qeyi-faiz gəlirləri 13 milyon 291 min manat, qeyri-faiz xərcləri isə 33 milyon 114 min manat olduğuna görə bankın əməliyyat mənfəəti 11 milyon 891 min manata bərabər olub.
“Express Bank”ın xalis mənfəəti 1 il ərzində 12 milyon 291 min manat və ya 3 dəfəyə yaxın azalaraq 6 milyon 829 min manata düşüb.
Qeyd edək ki, bank 2020-ci ili 117 milyon 341 min manat olub.