“Azərbaycan Sənaye Bankı” (ASB) 2020-ci ilin yekununda xalis mənfəəti 32.6% azalıb.
“Kommersant.az” bankın açıqladığı hesabata istinadən xəbər verir ki, 2019 –cu ilin 4-cü rübü ilə müqayisədə bankın xalis mənfəəti 2 mln. 504 min manat və ya 32,6% azalıb.
CƏMİ AKTİVLƏRİ VƏ ÖHDƏLİKLƏRİ AZALIB
ASB –nin cəmi aktivləri 2019 –cu ilin eyni dövrü ilə müqayisədə 73 mln. 647 min manat və ya 7% azalaraq 911 mln. 504 min manat olub. Bundan başqa bankın cəmi öhdəlikləri də 2019-cu ilin analoji dövrü ilə müqayisədə 78 mln. 140 min manat və ya 8% azalaraq 807 mln. 359 min manata düşüb. Buna baxmayaraq bankın cəmi kapitalı 4 mln. 492 min manat və ya 4% artaraq 104 mln. 144 min manata çatıb.
ASB-nin müştəriləri bankda olan depozitlərini geri götürüblər. Belə ki, bankın depozitləri ötən ilin eyni dövrü ilə müqayisədə 75 mln. 195 min manat və ya 10% azalaraq 639 mln. 932 min manata enib. Bu da bankın cəmi öhdəliklərinin azalmasına səbəb olub. Bankın cəmi aktivlərinin azalmasının səbəbi isə ASB-nin 2020-ci ilin son rübündə açıqladığı kredit portfeli 2019-cu ilin analoji dövrü ilə müqayisədə 14 mln. 411 min manat və ya 4% azalaraq 316 mln. 991 min manata düşməsi olub. Bankın müştərilərinə verdiyi kreditlər 14 mln. 411 min manat və ya 4% azalaraq 316 mln. 991 min manata düşüb.
ƏMƏLİYYAT MƏNFƏƏTİ 40% AZALIB
Bankın faiz gəliri 4 mln. 23 min manat artaraq 32 mln. 306 min manata, faiz xərcləri isə 902 min manat artaraq 16 mln. 782 min manata çatıb.
ASB-nin xalis faiz gəliri 3 mln. 123 min manat artaraq 15 mln. 523 min manata, qeyri-faiz gəliri 5 mln. 42 min manat azalaraq 5 mln. 318 min manata, qeyri-faiz xərcləri isə 2 mln. 4 min manat artaraq 14 mln. 979 min manata bərabər olub. Buna görə də bankın əməliyyat mənfəəti ötən ilin eyni dövrü ilə müqayisədə 3 mln. 927 min manat və ya 40% azalaraq 5 mln. 861 min manata düşüb.
Bankın məcmu kapitalı 4 mln.691 min manat artaraq 99 mln. 358 min manata çatıb.