“AFB Bank” 2020-ci ilin 4-cü rübünə olan hesabatını açıqlayıb.
“Kommersant.az” bankın açıqladığı hesabata istinadən xəbər verir ki, bankın cəmi aktivləri 2019-cu ilin son rübü ilə müqayisədə 293 milyon 280 min manat və ya 2 dəfədən çox azalıb. Azalmanın əsas səbəbi bankın müştərilərinə verdiyi xalis kreditlərin 1 il ərzində184 milyon 280 min manat və ya 57.2% azalaraq 137 milyon 996 min manata düşməsidir. Kreditlər bölgüsündə "AFB Bank"ın istehlak kreditləri 5 milyon 916 min manat və ya 17.6% azalarq 27 milyon 746 min manata, biznes kreditləri 177 milyon 875 min manat və ya 2.5 dəfə azalaraq 113 milyon 440 min manata düşüb. Bankın daşınmaz əmlak kreditəri 151 min manat artaraq 41 milyon 42 min manata çatıb.
Hüquqi şəxslərin bankda olan depozitlərini geri çəkməsi"AFB Bank"ın depozit portfelinin 268 milyon 857 min manat və ya 3.4 dəfədən çox azalmasına səbəb olub. Bu da bankın cəmi öhdəliklərinn ciddi şəkildə azaldıb. Belə ki, bankın öhdəliklər cəmi 1 il ərzində 292 milyon 907 min manat və ya 2.4 dəfə azalaraq 204 milyon 340 min manata enib.
Fiziki şəxslərin depozitləri 1 il ərzində 2 milyon 671 min manat artaraq 37 milyon 170 min manata çatsa da hüquqi şəxslərin depozitləri 271 miylon 527 min manat və ya 4.7 dəfə azalaraq 73 milyon 398 min manata düşüb.
Faiz gəliri 27 milyon 317 min manat, faiz xərcləri isə 2 milyon 3 min manat olan bankın xalis faiz gəliri 25 milyon 314 min manat olub ki, bu da 2019-cu ilin son rübü ilə müqayisədə 1 milyon 336 min manat azdır. Qeyri-faiz gəliri 7 milyon 840 min manat, qeyri-faiz xərcləri isə 18 milyon 470 min manat olduğuna görə bankın əməliyyat mənfəəti 2 milyon 401 min manat azalaraq 14 milyon 684 min manata enib.
"AFB Bank"ın xalis mənfəəti 1 il ərzində 855 min manat və ya 13.7% azalaraq 5 milyon 388 min manata düşüb. Buna baxmayaraq bankın mənfəət verigisi 205 min manat artıb.
Bnakın məcmu kapitalı 75 milyn 806 min manat olub ki, bu da 2019-ci ilin eyni dövrü ilə müqayisədə 3 milyon 346 min manat azdır.