USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

“Muğan Bank”ın lisenziyası ləğv olunacaq? - RƏQƏMLƏR

16.03.2021 Problemli Banklar
0 0
“Muğan Bank” 2020-ci ilin 4-cü rübünü heç də ürəkaçan nəticələrlə başa vurmayıb. Bankın əsas maliyyə göstəricilərində ciddi azalmalar müşahidə olunub. Bu azalmalar və ən əsası da bankın məcmu kapitalının normadan çox aşağı olması banka inzibatçı təyin olunmasına və hətta 16.1.6. maddəsi ilə (məcmu kapital minimum miqdarından az olduqda) maliyyə bazarlarına nəzarət orqanı tərəfindən lisenziyası ləğv oluna bilər.

“Kommersant.az” bankın açıqladığı hesabata istinadən xəbər verir ki, “Muğan Bank”ın cəmi aktivləri 1 il ərizndə 69 milyon 930 min manat və ya 10.5% azalaraq 590 milyon 906 min manata düşüb. Bunun əsas səbəbi bankın xalis kreditlərinin 29 milyon 532 min manat və ya 8.2% azalaraq 328 milyon 18 min manata düşüb. Kreditlər bölgüsündə istehlak kreditləri 33 milyon 257 min manat və ya 60.5% azalaraq 21 milon 684 min manata enib. Bankın korporativ bank olduğunu nəzərə almaq istədikdə isə biznes kreditlərinin də 5 milyon 200 min manat azalaraq 203 milyon 202 min manata düşməyini görürük.

“Muğan Bank”ın cəmi kapitalı 1 il ərzində 156 min manat azalaraq 86 milyon 879 min manata düşüb.

MÜŞTƏRİLƏR PULLARINI GERİ ÇƏKİR

“Muğan Bank”ın cəmi öhdəlikləri 69 milyon 773 min manat və ya 12.1% azalaraq 504 milyon 27 min manata enib. Bu azalmanın səbəi isə bankın depozit portfelinin 16.7% əriməsidir. Belə ki, bankın sahib olduğu depozitlər 1 il ərzində 56 miloyn 40 min manat azalaraq 278 milyon 681 min manata enib. Fiziki şəxslərin əmanətlərində 29 milyon 973 min manat və ya 12.5% itirən bankın korporativ bank olduğunu yenidən nəzərə alırıq. Amma yenə də korporativ bankda hüquqi şəxslərin əmanətlərinin 26 milyon 67 min manat və ya 27.3% azalaraq 69 milyon 382 min manata düşüb.

Bankın faiz gəliri 27 milyon 700 min amany, faiz xərcləri isə 19 milyon 781 min manat olduğuna görə bankın xalis faiz gəliri 1 milyon 868 min manat azalaraq 7 milyon 919 min amanata enib. Qeyr-faiz gəlirini 18 milyon 157 manata, qeyri-faiz xərcini isə 28 milyon 295 min manatadək azaldan bankın əməliyyat zərəri 2 milyon 219 min manata yüksəlib.

“Muğan Bank”ın mcəmu kapitalı 10 milyon 182 min manat olub ki, bu da bankın lisenziyasının ləğv olunması üçün əsas amildir.

Muğan Bank

2020 (IV Rüb)

2019 (IV Rüb)

Fərq

Cəmi Aktivlər

590,906

660,836

-69,930

Cəmi Öhdəlik

504,027

573,800

-69,773

Cəmi Kapital

86,879

87,035

-156

Xalis Kredit

328,018

357,550

-29,532

İstehlak Krediti

21,684

54,941

-33,257

Biznes Krediti

203,202

208,402

-5,200

İpoteka Krediti

111,046

102,722

8,324

Depozit

278,681

334,721

-56,040

Fiziki Şəxslərin Depozitləri

209,299

239,272

-29,973

Hüquqi Şəxslərin Depozitləri

69,382

95,449

-26,067

Faiz Gəliri

27,700

35,275

-7,575

Faiz Xərci

19,781

25,488

-5,707

Xalis Faiz Gəliri (Zərəri)

7,919

9,787

-1,868

Qeyri-Faiz Gəliri

18,157

23,004

-4,847

Qeyri-Faiz Xərci

28,295

30,824

-2,529

Əməliyyat Mənfəəti (Zərəri)

-2,219

1,967

4,186

Xalis Mənfəət (Zərər)

707

-8,307

9,014

Mənfəət Vergisi

-

-

-

Məcmu Kapital

10,182

-1,035

11,217

Qeyd edək ki, Bankın əsas səhmdarı və Müşahidə Şurasının sədri Elmir Vəliyev Odlar Yurdu Universitetinin rektoru Əhməd Vəliyevin qızı və eyni bankın digər səhmdarı Vəfa Mehtiyevanın həyat yoldaşıdır.

  • Əvvəlki

    Azərbaycanda bu məhsullar da bahalaşdı

Digər xəbərlər

19.07.2024 Problemli Banklar
"Yapı Kredi Bank" müştərilərini itirib
0 0
18.07.2024 Problemli Banklar
"Bank VTB"nin bitməyən - ZƏRƏRİ
0 0
18.07.2024 Problemli Banklar
"Rabitə Bank"ın müştəriləri banka üz çevirib
0 0
17.07.2024 Problemli Banklar
"Kapital Bank"ın mənfəəti - AZALIB
0 0
16.07.2024 Problemli Banklar
"Rabitə Bank"ın aktivləri - AZALIB
0 0