“Bank of Baku” kredit verdiyi müştərisini Bakı Apellyasiya məhkəməsinə verib.
“Kommersant.az” məhkəməyə istinadən xəbər verir ki, sözügedən bank Rəsulov Seymur Əkbər oğlunu kredit müqaviləsi üzrə mübahisələrə görə məhkəməyə verib.
Birinci instansiya məhkəməsində müştərisinə uduzan “Bank of Baku” qətnaməni və ona uyğun şikayət məktubunu əlinə alaraq Bakı Apellyasiya məhkəməsinin qapısını döyüb. Məhkəmədə “Bank of Baku”nun iddiası qismən təmin edilib.