USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

ADİF bağlanan banklardakı borclarını yığa bilmir

17.03.2021 Problemli Banklar
0 0
Əmanətlərin Sığortalanması Fondu (ADİF) ləğv prosesində olan bankların müştərilərindən kredit borclarını yığa bilmir.

"Kommersant.az" Bakı Apellyasiya məhkəməsinə istinadən xəbər verir ki, ADİF hər gün kredit müqaviləsi üzrə mübahisələrə görə bankların kredit borclu müştərilərini məhkəməyə verir.

Bu gün ərzində Şərafət Məmmədovanın hakimliyi ilə keçiriləcək apellyasiya məhkəməsində ADİF bir neçə bank adından müştərilərlə üz-üzə gələcək. Belə ki, dövlət qurumu ləğv prosesində olan "Dəmirbank" adından Hümbətova Nailə Fəxrəddin qızı və İbrahimova Ziniyət Allahverdi qızı ilə, "Texnika Bank" adından Əliyev Kəramət Etibar oğlu ilə, "Zamin Bank" adından Xələfov Alim Ağaşirin oğlu və "Bank Standart" adından Namazov İftixar Bayram oğlu ilə üzləşəcək.

Ləğv prosesində olan bankların müştəriləri banka olan borcunu ödəmədikləri üçün dövlət qurumu da məsələnin həllini məhkəmədə tapıb.

  • Əvvəlki

    Bankların xalis kreditlər üzrə - RENKİNQ

Digər xəbərlər

19.07.2024 Problemli Banklar
"Yapı Kredi Bank" müştərilərini itirib
0 0
18.07.2024 Problemli Banklar
"Bank VTB"nin bitməyən - ZƏRƏRİ
0 0
18.07.2024 Problemli Banklar
"Rabitə Bank"ın müştəriləri banka üz çevirib
0 0
17.07.2024 Problemli Banklar
"Kapital Bank"ın mənfəəti - AZALIB
0 0
16.07.2024 Problemli Banklar
"Rabitə Bank"ın aktivləri - AZALIB
0 0