“Express Bank” 1 hüquqi və 2 fiziki şəxsi məhkəmyə verib.
“Kommersant.az” xəbər verir ki, bank "Altay İnşaat" MMC-dən, Məlikov Kamran Yadulla oğlundan və Məlikov Adil Kamran oğlundan Bakı Kommersiya məhkəməsinə müraciət edib.
Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr və kredit müqaviləsi üzrə mübahisələrə görə bankın hüquqşünasları iddia ərizəsini əlinə alıb məhkəmənin qapısını döyüblər.
Qeyd edək ki, məhkəmə Ülkər Həsənovanın sədrliyi ilə baş tutacaq.