“Express Bank” bu gün ikinci dəfə məhkəmənin qapısını döyüb. Belə ki, bank daha bir şirkəti və onun təsisçisini Bakı Kommersiya məhkəməsinə şikayət edib.
“Kommersant.az” məhkəməyə istinadən xəbər verir ki, “Express Bank” “Altura Qrup" MMC və Şirinov Etibar Vaqif oğlundan müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr və kredit müqaviləsi üzrə mübahisələrə görə məhkəməyə yazılı müraciət edib.
Qeyd edək ki, məhkəmə prosesinə Aytən Əliyeva sədrlik edəcək.