Bakı Nəqliyyat Agentliyinə (BNA) yaxın hesab edilən şirkət Əmanətlərin Sığortalanması Fondunu (ADİF) məhkəməyə verib.
"Kommersant.az" xəbər verir ki, Dəfələrlə BNA tərəfindən keçirilən tenderlərin qalibi olan "Az-Tex-İmport" MMC bank əmanəti və bank hesabatı müqavilələri üzrə mübahisələrə görə ADİF-dən Bakı Kommersiya Məhkəməsinə şikayət edib. Şirkətin lisenziyası ləğv olunan bankların birində olan əmanətini götürə bilməsi üçün məhkəmədən qalib ayrılmaqdan başqa şansı yoxdur. Əks halda lisenziyası əlindən alınmış 19 bankın hüquqi əmanətçiləri kimi sözügedən şirkət də pulunu geri ala bilməyəcək.
Mart ayının 29-dan etibarən məhkəmə yolu ilə baç tutacaq çəkişmədə bankın adı və əmanətin məbləği açıqlanmayıb. Məhkəmə prosesinə Ülkər Həsənova sədrlik edəcək.