USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

“Express Bank”da qanun pozuntuları aşkarlandı

18.03.2021 Problemli Banklar
1 1
“Express Bank”ın istehlak kreditlərinə daha çox üstünlük verməsi və bununla da bazarda ciddi paya sahib olmaması barədə xəbər vermişdik. Buna görə də bank istehlak kreditlərini həcmini artırmaq üçün müxtəlif kampaniyalar keçirir.

“Kommersant.az” xəbər verir ki, “15%-lə hər kəsə nağd kredit” deyə çağırış edən bank bir neçə qanunu heçə sayıb. Belə ki, ilkin olaraq müştərilərinə dolğun məlumat verməyən bankın 15% effektiv faiz dərəcəsi kimi hesablaması birbaşa məlumatların içində qeyd olunmayıb. Yəni, bank 15% dən başqa komissiya haqqları və digər xərclərini də müştəridən tutacaq. Bununla da bankın verdiyi kreditin Faktiki İllik Faiz Dərəcəsi (FİFD) daha da çox olacaq. Bu arada onu da qeyd edək ki, bankın effektiv faiz dərəcəsi 15% -dən başlayır. Yəni, hər kəsə deməsinə baxmayaraq faizin müəyyənləşəsi bankın kredit mütəxəssisindən aslıdır.

Bankın konsultantının saytımıza verdiyi məlumata görə, 15%-lə çağırılan müştərinin faiz məsələsinə bankdakı mütəxəssislər qərar verir. Yəni, hər kəsə 15%-lə kredit çağırışı da yalan oldu. Reklam haqqında qanunun 33.4.1. maddəsinə görə kreditin ümumi xərcinə daxil olan istənilən xərclər, o cümlədən illik faiz dərəcəsi, faktiki illik faiz dərəcəsinin hesablanmasına qanunvericiliyə müvafiq qaydada daxil olan digər xərclər aydın şəkildə oxuna bilən ölçülərdə yayımlanmalıdır. Bu qanunu isə biz president.az saytına istinadən bildiririk. Beləliklə bankın kredit kampaniyası müştəriləri arasında çaşqınlıq yaradır.

  • Əvvəlki

    Obyektlərin tikintisinə icazələrin alınması ilə bağlı - YENİLİK

Digər xəbərlər

19.07.2024 Problemli Banklar
"Yapı Kredi Bank" müştərilərini itirib
0 0
18.07.2024 Problemli Banklar
"Bank VTB"nin bitməyən - ZƏRƏRİ
0 0
18.07.2024 Problemli Banklar
"Rabitə Bank"ın müştəriləri banka üz çevirib
0 0
17.07.2024 Problemli Banklar
"Kapital Bank"ın mənfəəti - AZALIB
0 0
16.07.2024 Problemli Banklar
"Rabitə Bank"ın aktivləri - AZALIB
0 0