“Yapı Kredi Bank Azərbaycan” müştərisindən Bakı Apellyasiya məhkəmsinə müraciət edib.
“Kommersant.az” xəbər verir ki, qətnamədən razı qalmayan Türkiyə bankı qətnaməni və şikayət ərizəsini əlinə alaraq Bakı Apellyasiya məhkəməsinin qapısını döyüb. Bank, kredit müqaviləsi üzrə mübahisələrə görə müştərisi Sultanov Murad İntiqam oğlu ilə məhkəmədə çəkişib və məhkəmə qərarı müştərinin lehinə olub.
Emin Mehdiyevin sədrliyi ilə keçirilən məhkəmədə “Yapı Kredi Bank Azərbaycan”ın iddiası rədd edilib.