Sabiq nəqliyyat naziri Ziya Məmmədovun bankı məhkəməyə verildi.
"Kommersant.az" Bakı Apellyasiya məhkəməsinə istinadən xəbər verir ki, Mehdiyev Mehdi Nəbi oğlu lisenziyası ləğv edilmiş "Bank of Azərbaycan"ı məhkəməyə verib. İddiaçı öhdəliklərə xitam verilməsi, avtomobilin girovdan azad olunmasını tələb etsə də iddia ərizəsi geri qaytarılıb.