USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

"AFB Bank"ın 76% müştərilərini itirdi - HESABAT

19.04.2021 Problemli Banklar
1 0
"AFB Bank" cari ilin 1-ci rübünə olan hesabatını açıqlayıb. Bankın hesabatına görə "AFB Bank" 2021-ci ilə ciddi azalmalarla start verib. Yanvar-mart aylarının hesabatında bankın cəmi aktivlərində 54,3% azalma müşahidə olunub.

"Kommersant.az" bankın açıqladığı hesabata istinadən xəbər verir ki, "AFB Bank"ın cəmi aktivləri ötən ilin müvafiq dövrü ilə müqayisədə 313 milyon 595 min manat və ya 54,3% azalaraq 263 milyon 863 min manata enib. Azalmanın əsas səbəbi bankın müştərilərinə verdiyi xalis kreditlərin həcmində 270 milyon 709 min manat və ya 3.2 dəfə azalmasıdır. Belə ki, kredit bölgüsündə bankın istehlak kreditləri 16 milyon 69 min manat və ya 40,4%, biznes kreditləri 258 milyon 393 manat və ya 72% azalıb. Bankın müştərilərinə verdiyi daşınmaz əmlak kreditləri isə 2 milyon 893 min manat artıb.

"AFB Bank"ın cəmi öhdəliklərində də 2020 ci ilin 1-ci rübü ilə müqayisədə ciddi şəkildə azalıb. Belə ki, bankın öhdəliklər cəmi 1 il ərzində 311 milyon 995 min manat və ya 63,1% azalaraq 182 milyon 273 min manata enib. Azalmanın əsas səbəbi bankın depozit portfelinin 287 milyon 796 min manat və ya 75,4% azalaraq 93 milyon 571 min manata düşüb. Bu azalmada hüquqi şəxslərin ciddi payı olub. Belə ki, bankda yerləşdirilən depozitlərdə hüquqi şəxslər 1 il ərzində 278 milyon 850 min manatlıq əmanətini "AFB Bank"dan geri alıb. Bununla da hüquqi şəxslərin əmanətləri 80,6% azalaraq 66 milyon 827 min manata enib. Fiziki şəxslərin əmanətləri isə 8 milyon 947 min manat və ya 25% azalaraq 26 milyon 743 min manatadək kiçilib.

Bölüşdürülməmiş mənfəəti 1 miylon 450 min manat azalan "AFB Bank"ın cəmi kapitalı 1 milyon 700 min manat əriyərək 81 milyon 490 min manata enib.

Bankın faiz gəlirləri 2 milyon manat, faiz xərcləri isə 30 min manat azaldığına görə “AFB Bank”ın xalis faiz gəliri 1 milyon 971 min manat azalaraq 4 milyon 793 min manata düşüb. Qeyri-faiz gəlirlərindən 502 min manat itirən bank qeyri-faiz xərclərini də 810 min manat azaldaraq 3 milyon 646 min manata endirib. Nəticədə “AFB Bank”ın əməliyyat mənfəəti 1 milyon 663 min manat və ya 35,7% azalaraq 2 milyon 996 min manatadək kiçilib.

Mənfəətindən vergi ödəməyən bankın xalis mənfəəti 1 il ərzində 1 milyon 872 min manat artaraq 4 milyon 425 min manata yüksəlib. Bundan başqa bankın tutumlardan sonrakı məcmu kapitalı 1 milyon 648 min manat kiçilərək 80 milyon 234 min manata düşüb.

AFB Bank

2021 (I Rüb)

2020 (I Rüb)

Fərq

Cəmi Aktivlər

263,863

577,458

-313,595

İstehlak kreditlər

23,685

39,754

-16,069

Biznes kreditləri

100,663

359,056

-258,393

İpoteka kreditləri

43,191

40,298

2,893

Xalis kreditlər

124,542

395,251

-270,709

Cəmi öhdəlikləri

182,273

494,268

-311,995

Depozitlər

93,571

381,367

-287,796

Fiziki şəxslərin depozitləri

26,743

35,690

-8,947

Hüquqi şəxslərin depozitləri

66,827

345,677

-278,850

Cəmi Kapital

81,490

83,190

-1,700

Bölüşdürülməmiş mənfəəti

9,898

11,348

-1,450

Xalis Mənfəət/Zərəri

4,425

2,553

1,872

Faiz gəliri

5,212

7,213

-2,001

Faiz xərcləri

418

448

-30

Xalis faiz gəliri

4,793

6,764

-1,971

Qeyri-faiz gəliri

1,849

2,351

-502

Qeyri-faiz xərcləri

3,646

4,456

-810

Əməliyyat mənfəəti/zərəri

2,996

4,659

-1,663

Mənfəət vergisi

0

0

0

Məcmu Kapital

80,234

81,882

-1,648

  • Əvvəlki

    Ramazan Ayında “NEPTUN”dan müjdə: KLASSİK BONUS KART, XÜSUSİ KAMPANİYALAR

Digər xəbərlər

31.07.2024 Problemli Banklar
Bank VTB-nin mənfəəti azalıb
0 0
19.07.2024 Problemli Banklar
"Yapı Kredi Bank" müştərilərini itirib
0 0
18.07.2024 Problemli Banklar
"Bank VTB"nin bitməyən - ZƏRƏRİ
0 0
18.07.2024 Problemli Banklar
"Rabitə Bank"ın müştəriləri banka üz çevirib
0 0
17.07.2024 Problemli Banklar
"Kapital Bank"ın mənfəəti - AZALIB
0 0
16.07.2024 Problemli Banklar
"Rabitə Bank"ın aktivləri - AZALIB
0 0